Azərbaycan dili kafedrasının dosenti f.e.d. Yadigar Əliyev Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının I kurs tələbələrinə Müasir Azərbaycan dili-1 (Fonetika) fənnindən “Azərbaycan dilində fonetik hadisələr” mövzusunda açıq dərs keçdi. Müəllimin dərs prosesində istifadə etdiyi slaydlar, dil materialları, faktlar mövzunun mənimsənilməsinə müsbət təsir göstərdi.