15.02.2024-cü il tarixində Azərbaycan dili kafedrasında boş olan müəllim yerini tutmaq üçün müraciət edən stajçı müəllim Nurlu Qasımovanın “İsim əsas nitq hissəsi kimi” mövzusunda açıq dərsi dinlənildi. Açıq dərsdə universitet rektorluğunun nümayəndəsi KTŞ-in müdiri t.ü.f.d. İsmayıl İsmayılov, Azərbaycan dili kafedrasının müdiri prof. Telman Quliyev, dos. Zakir Ələsgərov, dos.Yadigar Əliyev, fakültə dekanı vəzifəsini icra edən f.ü.f.d.Mehriban Məmmədova, dos Gülarə Məlikova, dos.Aidə Həsənova və kafedranın digər müəllimləri iştirak edirdilər. Müəllim morfologiyanın tədqiqat obyekti olan nitq hissələrinin tədqiqi tarixi,isim,onun məna növləri,halları, kateqoriyaları , ismin atributivləşməsi və s. barədə ətraflı məlumat verdi. Dərs, ümumilikdə, qənaətbəxş hesab edildi.