20 dekabr 2023-cü il tarixdə Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müəllimi Vüsal İsgəndərov Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası 1-ci kurs tələbələrinə Şifahi xalq ədəbiyyatı fənnindən açıq dərs keçdi. Açıq dərsdə tələbələr atalar sözləri, məsəllər və onların yaranma şəraiti, ozan aşıq yaradıcılığının təşəkkül və inkişaf tarixi, ”Kitabi-Dədə Qorqud” dastanı, tapmacaların forma və məzmun xüsusiyyətləri və s. haqqında məlumat verdilər, fikir mübadiləsi aparıldı. Müəllim dərs prosesində həm tələbələrin izahlarına əlavələr edir, həm də ona verilən sualları cavablandırırdı ki, bu da mövzunun hərtərəfli mənimsənilməsini təmin etdi. Dərs çox dolğun, əhatəli, faktların zənginliyi baxımından mükəmməl idi. Tələbələrin fəallığı yüksək səviyyədə idi.Açıq dərsdə müxtəlif slaydlardan istifadə edildi ki, bu da dərsin daha səmərəli keçməsinə şərait yaratdı.