Azərbaycan dili kafedrasının dosenti f.e.d. Yadigar Əliyev Filologiya fakültəsi Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası IV kurs tələbələrinə Azərbaycan dilinin tarixi seçmə fənnindən “Azərbaycan dilinin tarixi sintaksisi. Söz birləşməsi. Cümlə. XX əsrin əvvəllərində dil məsələləri. I Ümumittifaq Türkoloji Qurultay” mövzusunda açıq dərs keçdi. Dərsdə ismi birləşmələr və feili birləşmələr, onların növləri, tərəflərinin ifadə vasitələri, formal əlamətləri, sadə cümlə, onun intonasiyaya görə növləri, mürəkkəb cümlə sintaksisi və s. məsələlər yazılı abidələrin dil materialları əsasında geniş və aydın şəkildə izah edildi. Müəllimin dərs prosesində istifadə etdiyi slaydlar, dil materialları, faktlar mövzunun mənimsənilmısinə müsbət təsir göstərdi.