GDU-nun Filologiya fakültəsində Filologiya Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Dilimiz kimliyimizdir” adlı elmi seminar keçirilmişdir. Elmi seminarda Azərbaycan dili kafedrasının dosenti, filologiya elmləri doktoru Yadigar Əliyev, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müəllimi Vüsal İsgəndərov, tələbələrdən Abbasova Əntiqə, Əsədova Gülarə, Məmmədzadə Səma elmi məqalələrlə çıxış etmiş, Məmədova Nigar “Ana dilim” şeirini söyləmiş, tələbələr “Təhsilli dilsizlər” adlı səhnəcik nümayiş etdirmişlər.