06.11.2023-cü il tarixində Filologiya fakültəsində Azərbaycan və dünya ədəbiyyatı kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Aynur Novruzova Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının III kursunda Uşaq ədəbiyyatı fənnindən “Süleyman Sani Axundov və Rəşid bəy Əfəndizadənin uşaq əsərləri” mövzusunda açıq dərs keçdi.
Mühazirədə S.S.Axundov və R. Əfəndizadənin həyatı, yaradıcılıq yolu, uşaqlar üçün qələmə aldıqları əsərlər haqqında geniş məlumat verildi.Uşaq əsərlərinin sənətkarlıq xüsusiyyətləri, balacaların məfkurə baxımından formalaşmasındaki əhəmiyyətindən bəhs olundu. Həmçinin uşaq əsərlərində maarifçi meyillər və mütərəqqi fikirlər şərh edildi.
Dərs müəllimin müasir təlim metodlarına bələdliyindən və səriştəsindən xəbər verərək nəzəri biliklərin tətbiqi ilə bağlı peşəkarlığını nümayiş etdirdi. Dərsdə mövzuya aid slaydlardan istifadə edildi ki, bu da dərsin keyfiyyətinə müsbət təsir göstərdi.