Azərbaycan dili kafedrasının baş müəllimi Firduz Məmmədovanın rəhbərliyi ilə Gəncə şəhəri 18 saylı orta məktəbin 6-cı sinfində Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının IV kurs tələbəsi Gülmira Həsənovanın “Zərf” mövzusunda açıq-sınaq dərsi olmuşdur. Təcrübəçi dərs prosesində fəal dərsin bütün mərhələlərinin düzgün şəkildə yerinə yetirilməsinə nail oldu. Motivasiya, problemin qoyuluşu, tədqiqatın aparılması, informasiya mübadiləsi və müzakirəsi, nəticə və ümumiləşdirmə, yaradıcı tətbiqetmə mərhələlərində müxtəlif slaydlardan, iş üsullarından istifadə edildi. Zərfin quruluşca və mənaca növləri, başqa nitq hissələri ilə ortaq və fərqli xüsusiyyətləri müxtəlif təlim metodlarının köməyi ilə geniş şərh olundu. Butün bunlar rəhbər müəllimin və təcrübəçi-tələbənin “bələdçilik” bacarığının olmasından və interaktiv təlimin mahiyyətini bilməsindən xəbər verirdi.
Dərsdə Azərbaycan dili kafedrasının müdiri prof.Telman Quliyev, Filologiya fakültəsinin dekanı dos.Zakir Ələsgərov, Təcrübə və karyera şöbəsinin müdiri dos. Cabbar Qarayev, fənn müəllimi N.Əsgərova iştirak edirdilər.