Gəncə Dövlət Universitetinin Filologiya fakültəsində Novruz bayramına həsr olunan tədbir keçirilib.
Universitetin prorektoru, dosent Gülsüm Fətəliyeva və Filologiya fakültəsinin dekanı Zakir Ələsgərov çıxış edərək bayramın tarixi, ənənələri haqqında danışdılar.. Qeyd etdilər ki, milli-mənəvi dəyərlərimizin və adətlərimizin qorunub saxlanmasında Novruz bayramının özünəməxsus yeri vardır.
Tədbirin bədii hissəsində fakültənin tələbələri Nigar Məmmədova “Səməni” şeirini, Səkinə İbrahimova “Novruz gəlir, yaz gəlir”, Əfsanə Eyyubova “Sarı gəlin ” mahnılarını səsləndirdilər.
Fakülənin tələbələri Seyhun Rzayevin Kosa obrazının canlandırması, Tofiq Hüseynzadənin sazda ifası və Zibeydə Abdullayevanın rəqs etməsi tədbiri daha da rəngarəng və maraqlı etdi.