Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, erməni qəsbkarlarının xalqımıza qarşı həyata keçirdikləri etnik təmizləmə siyasəti nəticəsində törədilən qanlı cinayətlər, qətliamlar arasında Xocalı soyqırımı xüsusi amansızlığına görə seçilir. Xocalı soyqırımı zamanı vaxtilə 7 min nəfərdən çox əhalinin yaşadığı şəhər bir gecədə yerlə-yeksan edildi, qadın, uşaq və qoca demədən günahsız insanlar məhz azərbaycanlı olduqlarına görə qətlə yetirildi.Otuz ildir ki, xalqımız bu qanlı cinayətin mənəvi ağrısını, ağlasığmaz dəhşətlərini qəlbində, həyatında daşıyır.
Fakültəmizdə də erməni vəhşiliyinin qurbanı olan şəhidlərimizin xatirəsi dərin hüzün və ürək ağrısı ilə yad edildi. Tədbiri giriş sözü ilə başlayan Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru dos. Gülsüm Fətəliyeva, fakültəmizin dekanı dos. Zakir Ələsgərov, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının dosenti Qivami Qazıyev, baş müəllim Aygün Əhmədova erməni vəhşiliyi haqqında dəhşətli faktlar danışdılar. Fakültəmizin tələbələri şeirlərlə çıxış etdilər.