“Qarabağ Azərbaycandır!” şüarı altında Azərbaycan 44 gündə mümkünsüzü mümkün etdi. Bəşəriyyətə haqqın, ədalətin böyük dövlətlərin tapdağından qurtara biləcək bir dövlətin – Azərbaycanın var olduğunu sübut etdik. 10 noyabrda Müzəffər Azərbaycan Ordusu cəmi 44 günə hərbi yolla 28 il düşmən torpağında inləyən vətən torpaqlarını işğaldan azad etdi. 44 gündə müzəffər Azərbaycan Ordusu dünyaya sübut etdi ki, döyüş meydanında zəfəri tanklarla, toplarla deyil, ağılla, zəkayla və bir də vətəni canından artıq sevən oğullarla qazanmaq olar. Bəli, Azərbaycan əsgəri əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümunəsi göstərdi. Azərbaycan əsgəri öz cəsurluğu ilə bu sözləri tarixə həkk etdi: “Qələbə bizimdir! Qarabağ Azərbaycandır!”
Qələbə sevinci auditoriyalarımızda da yaşanır, müəllim və tələbələrimiz qürur hissi ilə qələbəmizi əks etdirən slaydlar nümayiş etdirir, keçilən dərsləri Zəfər Günü ilə əlaqələndirilər. Hər kəsin qəlbi də, ruhu da bu əzəmətli günün sevinci ilə fərəhlənir.