07 iyun 2022-ci il tarixdə saat 1100 – da Filologiya fakültəsi Elmi Şurasının iclası keçirildi. Gündəlik məsələ aşağıdakılardan ibarət idi: 2021/2022-ci tədris ilinin yaz imtahan sessiyasının gedişi; Azərbaycan dili və ədəbiyyatı müəllimliyi və Filologiya (Azərbaycan dili və ədəbiyyatı) ixtisaslarının IV kurslarında pedaqoji və istehsalat təcrübəsinin yekunu; IV kurslar üzrə Buraxılış işlərinin müdafiəsi və Dövlət imtahanlarının təşkili; Azərbaycan dili kafedrasında boş olan dosent və baş müəllim yerinə seçki (dos.T.Ə. Quliyeva və b.m.N. T.Məmmədzadə); Azərbaycan və dünya ədəbiyyatı kafedrasında boş olan dosent və baş müəllim yerinə seçki (dos.A.X. Yusifli, b.m.A.M. Əhmədova, b.m.A.M. Muşkiyeva).
Fakültənin dekanı dos. Zakir Ələsgərov Şura üzvlərnə yaz imtahan sessiyasının gedişi, IV kurslarında pedaqoji və istehsalat təcrübəsi, IV kurslar üzrə Buraxılış işlərinin müdafiəsi və Dövlət imtahanlarının təşkili məsələləri barədə məlumat verdi. Sonra adı çəkilən müəllimlərin seçkisi keçirildi. Səsvermə prosesində 13 nəfərdən yalnız biri (dos.G.Mehrəliyeva) iştirak etmirdi. Qalan üzvlərin gizli səsverməsinə əsasən (12 nəfər leyhinə) adı çəkilən əməkdaşlar boş olan dosent və baş müəllim yerinə seçildilər.