Filologiya ( Azərbaycan dili və ədəbiyyatı ) ixtisasının I kursunda ÜFS-B04,I bloku üzrə 2022/2023-cü tədris ili üçün tələbələrin seçiminə beş fənn – “Fəlsəfə”, “Sosiologiya”, “Azərbaycan Respublikasının Konstitusiyası və hüququn əsasları”, “Məntiq” və “Etika” fənləri təqdim olunmuşdur. Hər fənnin aparıcı müəllimləri tərəfindən (f.ü.f.d.Ü.Balakişiyev, dos.A.Məmmədov, b/m.Q Ramazanova, m.R.Əliyev ) tələbələrə fənlərin predmeti, məqsədi, məzmunu, tədrisinin əhəmiyyəti barədə geniş məlumat verildi, tələbələrin sualları cavablandırıldı. Sonra komissiya üzvlərinin iştirakı ilə seçimdə iştirak edən tələbələr müstəqil formada onlara paylanmış bülletendə hər bir fənnə öz münasibətini bildirdilər.
Seçimin nəticələrinə görə 2022/2023-cü tədris ili üçün Filologiya ( Azərbaycan dili və ədəbiyyatı ) ixtisasının I1 kursunda İPFS-B04,I bloku üzrə “Sosiologiya” fənni seçilmiş hesab olundu.
Filologiya fakültəsinin dekanı dosent Zakir Ələsgərovun sədrliyi ilə keçirilən Filologiya fakültəsi dekanlığının və universitetin Keyfiyyətin Təminatı Mərkəzinin birgə iclasında fənn seçimi müzakirə olundu.Universitetin Keyfiyyətin Təminatı Mərkəzinin müdiri t.ü.f.d.İsmayıl İsmayılov çıxış edərək tələbələrə seçimdə sərbəst şərait yardılmasını, seçimin obyektiv, şəffaf keçdiyini qeyd etdi. İclasın iştirakçılarından dos. f.ü.f.d M.Məmmədova, dos.G.Məlikova də fənn seçiminin təşkilinə müsbət münasibət bildirdilər.
Təklif səsə qoyuldu və yekdilliklə qəbul olundu.