Gəncə Dövlət Universiteti Azərbaycan dili kafedrasının baş müəllimi Firduz Məmmədova Təsviri incəsənət müəllimliyi ixtisasında Azərbaycan dilində işgüzar və akademik kommunikasiya fənnindən keçdiyi dərsdə maraqlı bir eksperiment həyata keçirmişdir. Belə ki, müəllim dərs dediyi tələbələrə nitqin növləri ilə bağlı keçilən mövzuya uyğun olaraq belə bir tapşırıq vermişdir: “Kür qırağının əcəb seyrəngahı var” qoşmasında Molla Pənah Vaqifin qələmlə tərənnüm etdiyi gözəllikləri rəssam fırçası ilə təsvir edin. Tələbələr bu təsviri monoloqu öz rəssam təxəyyülləri ilə vəsf etmişlər və nəticədə belə gözəl rəsm əsərləri ərsəyə gəlmişdir. Həmin şəkillərdən bir neçəsini – Əkbərova İlahə və Musayeva Aysunun çəkdiyi şəkilləri təqdim edirik.