31 MART- AZƏRBAYCANLILARIN SOYQIRIMI

Хalqımıza qarşı erməni millətçilərinin törətdiyi soyqırımı siyasətinin tariхi ХVIII əsrin əvvəllərindən başlayır. Həmin dövrdə torpaqlarını Cənubi Qafqaza doğru genişləndirməkdə olan  çar Rusiyası ermənilərdən  vasitə kimi istifadə edir, Qafqazda erməni milli dövləti yaradacağı vədi ilə onları şirnikləndirirdi. 1724-cü il noyabrın 10-da I Pyotrun adından verilmiş fərmanda ələ keçirilmiş torpaqlarda — Bakıda və başqa yerlərdə ermənilərin məskunlaşdırılması üçün hər cür şərait yaradılması nəzərdə tutulmuşdur. Ermənilər bu fürsətdən istifadə edərək, öz məkrli siyasətlərini həyata keçirmək, ölkəmizin tarixi ərazisində erməni dövləti qurmaq məqsədi ilə Azərbaycanın müxtəlif bölgələrində soydaşlarımıza qarşı dəhşətli qırğınlar törətmişdilər. Ermənilərin fasilələrlə, lakin düşünülmüş və planlı şəkildə davam edən soyqırımı siyasəti nəticəsində minlərlə günahsız azərbaycanlı  vəhşicəsinə qətlə yetirilmiş, evləri yandırılmış, əmlakları qarət olunmuşdur.

İllər keçsə də, ermənilərin vəhşi xisləti dəyişmir. Xocalı soyqırımı, Gəncədə, Bərdədə tökülər qanlar bunu bir daha sübut edir.Azərbaycan xalqı bu vəhşilikləri heç zaman unutmur, daim terror qurbanlarının xatirəsini yad edir.

Bu gün Gəncə Dövlət Universitetində 31 Mart hadisələrinə həsr olunmuş geniş tədbir keçirildi. Eyni zamanda Filologiya fakültəsində auditoriyalarda da erməni vəhşilikləri bir daha diqqətə çatdırıldı, bu vəhşiliyi əks etdirən slaydlar nümayiş etdirildi, qurbanların xatirəsi yad edildi.