Gəncə Dövlət Universiteti Filologiya fakültəsində açıq dərslər keçirilir.
Dərslərdə fakültə dekanı, kafedra müdirləri, müəllimlər iştirak edir və müzakirələr aparılır. Dekabr ayı ərzində fakültədə aşağıdakı müəllimlərin açıq dərsləri keçirilmişdir:
F.f.d. Həmid Abbasov, Azərbaycan və dünya ədəbiyyatı kafedrası,baş müəllim (mövzu: “Corc Bayron”)
Nurlu Qasımova, Azərbaycan dili kafedrası, müəllim ( mövzu: “Köməkçi nitq hissələrinin struktur təsnifatı”)
Günay Hüseynova, Azərbaycan dili kafedrası, müəllim (mövzu: “Söz yaradıcılığı”)
Aynur Orucova, Azərbaycan dili kafedrası,baş müəllim (mövzu: “Sifətin quruluşca növləri”)
Aygün Yusibova, Azərbaycan və dünya ədəbiyyatı kafedrası, müəllim (mövzu: “Şamaxıda maarifçi ziyalılar”)
Ayşən İsmayılova, Azərbaycan dili kafedrası, müəllim (mövzu: “Həmcins üzvlərin üslubi imkanları”)