Filologiya fakültəsində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olundu. Onlayn
tədbirdə tələbələr maraqlı çıxışlar etdilər.Qeyd olundu ki, hər il 31 dekabrın Dünya
Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunması müxtəlif qitələrə səpələnmiş
soydaşlarımızın tarixi Vətənlə – müstəqil Azərbaycanla əlaqələrinin möhkəmlənməsinə,
həmçinin onların bir-biriləri ilə sıx ünsiyyət qurmalarına, milli-mənəvi dəyərlərimizin,
ənənələrimizin qorunub saxlanılmasına xidmət edir.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əsası 1989-cu il dekabrın sonlarında
cənub sərhədlərin açılması zamanı qoyulmuşdur. 1989-cu ildə “Berlin divarı”nın
sökülməsindən sonra parçalanmış xalqların birləşməsi ideyası Azərbaycana da təsir
etdi. O hadisədən sonra 1989-cu ilin soyuq, şaxtalı qış günündə həm şimali , həm də
cənubi Azərbaycanda yaşayan minlərlə soydaşımız tarixin ədalətsiz hökmünə qarşı –
təxminən 200 il bundan əvvəl bağlanmış Türkmənçay və Gülüstan sülh müqavilələrinin
şərtlərinə etiraz əlaməti olaraq Araz çayının sahilinə toplaşdılar, doğma Azərbaycanı
ikiyə bölən tikanlı məftilləri dağıtdılar. Beləliklə, 31 dekabr Azərbaycanın tarixinə Milli
Həmrəylik Günü kimi daxil oldu. Elə həmin tarixdə İstanbulda, Dünya Azəri Türk
Dərnəyinin birinci qurultayında dekabrın 31-nin azərbaycanlıların həmrəyliyi günü kimi
qeyd olunmasına dair qərar verildi. Bu tarixin rəsmiləşdirilməsi isə Ümummilli
Liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Onun təşəbbüsü ilə 1991-ci ilin 16 dekabrında
Milli Həmrəylik və Birlik Gününün təsis olunması barədə qərar qəbul edildi.
Həmrəylik Günü dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar tərəfindən qeyd
edilir, Azərbaycan Respublikasında isə dövlət bayramıdır