Ruhun şad olsun əziz Ulu Öndərimiz!

Bu gün Ulu Öndər Heydər Əliyevin anım günüdür. On yeddi il bundan əvvəl Vətən öz böyük oğlunu
itirmişdir. Ancaq bu on yeddi ilin hər bir ili Heydər Əliyev siyasətinin təntənəsi ili olmuş, Heydər Əliyev
siyasəti davam etdirilmiş, Azərbaycan uğurla inkişaf etmişdir.
Heydər Əliyev böyük tarixi şəxsiyyətdir. Müstəqil Azərbaycanın qurucusudur. Azərbaycan 1991-ci ildə
Sovet İttifaqının dağılması nəticəsində dövlət müstəqilliyinə qovuşmuşdur. Ancaq 1993-cü ilə qədər
Azərbaycanı müstəqil dövlət saymaq düzgün olmazdı. Müstəqil dövlətin bir neçə əlaməti vardır ki,
onların heç biri Azərbaycanda yox idi. Azərbaycan müstəqil xarici siyasət apara bilmirdi, başqa
dövlətlərin təsiri altında idi, iqtisadiyyat dağılmış vəziyyətdə idi, dövlətçiliyin əsasları yaradılmamışdı.
Məhz Heydər Əliyevin müdrikliyi, siyasəti nəticəsində Azərbaycan, sözün əsl mənasında, müstəqil
dövlətə çevrilmişdir. Ona görə biz hamımız haqlı olaraq Heydər Əliyevi Azərbaycan dövlət müstəqilliyinin
qurucusu kimi qəbul edirik və Heydər Əliyevin tarix, xalq qarşısında gördüyü işlər içərisində bu, ən böyük
xidmətdir.
Xalqımız üçün misilsiz xidmətləri olmuş Ümummilli Liderimizin xatirəsi bizim üçün həmişə əzizdir.