01.12.2020 –ci il tarixində Filologiya fakültəsində tarixi qələbəmizlə
bağlı online tədbir keçirildi. Tədbiri giriş sözü ilə Gəncə Dövlət
Universitetinin humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm
Fətəliyeva açdı. O, tədbir iştirakçılarını bu münasibətlə təbrik edərək öz
ürək sözlərini söylədi. Tədbirdə fakültəmizin tələbələri erməni vəhşiliyinin
şahidi olmuş nənə-babalarının, ata-analarının, qohumlarının xatirələrini
danışdılar, işğaldan azad olmuş torpaqlarımız barədə tarixi məlumatlar
verdilər,vətənpərvər ruhda şeirlər söylədilər.