ŞUŞA BİZ QAYITMIŞIQ…

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev  Şuşanın işğaldan azad edilməsi müjdəsini Azərbaycan xalqı ilə paylaşdı:

“Əziz Şuşa, sən azadsan!
Əziz Şuşa, biz qayıtmışıq!
Əziz Şuşa, biz səni dirçəldəcəyik!
Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”

1992-ci il mayın 8-dən 9-a keçən gecə erməni birləşmələri Şuşa şəhərini işğal etmişdilər. Şuşa üzərinə hücum əməliyyatının məxfi adını «dağlarda toy» adlandırırdılar. İndi isə  igid əskərlərimiz onlara elə “toy tutdular”  ki,  onaların toyu  “dağlarda matəm”ə  çevrildi. Bütün erməniərin toyunu yasa çevirən Azərbaycan əskərlərinə və Ali Baş Komandanımız  İlham Əliyevə eşq olsun!  Bu, bütün türk dünyasının bayramıdır və 8 noyabr Azərbaycan xalqının tarixinə şanlı Qələbə Günü olaraq yazıldı. Yaşasın Azərbaycan Ordusu! Yaşasın Ali Baş Komandanımız  İlham Əliyev! Qarabağ Azərbaycandır!