17 may 2019-cu il tarixdə Yeni Azərbaycan Partiyası sıralarına qəbul olunmuş fakültəmizin bir qrup tələbəsinə partiya vəsiqələri təqdim olundu. Tədbiri giriş sözü ilə fakültə dekanı dos. Zakir Ələsgərov açmış, tələbələri YAP sıralarına qəbul olunmaları münasibəti ilə təbrik etmişdir. Sonra Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının məsul işçisi Cabir Məmmədov tələbələri təbrik etmiş, Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, onun keçdiyi şərəfli yoldan və ölkədə aparıcı pariya olmasından söz açmışdır. Vəsiqələri Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının məsul işçiləri Cabir Məmmədov, Anya Süleymanova, Nahidə Tanrıverdiyeva və fakültə dekanı dos. Zakir Ələsgərov təqdim etmişlər. Tələbələr partiyanın adını doğruldacaqlarını və buna təhsildə qazanacaqları nailiyyətlərlə cavab verəcəklərini bildirdilər. Sonda xatirə şəkli çəkildi.