Müəllif Arxivləri: İlkin Abbasov

Fakültədə şifahi imtahan

Universitetdə  bəzi fənlərin  xüsusiyyətləri nəzərə alınaraq imtahanları şifahi formada keçirildi.  3 yanvar 2019-cu il tarixində universitetin Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə I kurs tələbələrinin “Nitq mədəniyyəti” fənnindən, Filologiya ixtisasında isə “Azərbaycan dili və nitq mədəniyyəti” fənnindən II kurs tələbələrinin “Müasir Azərbaycan dili-1”, Filologiya ixtisasında isə “Öyrənilən əsas dil-3” fənnindən şifahi imtahanı keçirildi. Şifahi imtahandan tələbələrin […]

Davamı

Dünya Azərbaycanlılarının həmrəylik günü münasibətiylə tədbir keçirilib

26 dekabr 2018 ci il tarixdə filologiya fakültəsində dünya azərbaycanlılarının həmrəylik günü münasibətiylə tədbir keçirilmişdir. Tədbirdə çıxış edən humanitar məsələlər üzrə dekan müavini  Nadir Kubışev bildirib ki, 31 dekabr tarixi ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılar arasında birlik və həmrəylik yaratmaq prosesində mühüm rol oynayır. Onun sözlərinə görə, ölkədə bütün sahələrdə olduğu kimi, diaspor quruculuğunda mühüm uğurlara […]

Davamı

Azərbaycan və dünya ədəbiyyatı kafedrasının əməkdaşlarının Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş “Dünya azərbaycanlıları: tarix və müasirlik” adlı 3-cü Beynəlxalq elmi konfransda uğurlu iştirakı

21-22 dekabr 2018-ci il tarixlərdə Bakı Dövlət Universiteti, Azərbaycan Respublikası Diasporla iş üzrə Dövlət Komitəsi, Azərbaycan Tarix Qurumu və Dünya Türk Gənclər Birliyinin birgə təşkilatçılığı ilə Azərbaycan  Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş  “Dünya azərbaycanlıları: tarix və müasirlik” adlı 3-cü Beynəlxalq elmi konfrans keçirilmişdir. Olduqca maraqlı keçən, müxtəlif bölmələr üzrə təşkil olunmuş mötəbər Beynəlxalq elmi konfransda Gəncə Dövlət […]

Davamı

Filologiya fakültəsinin əməkdaşları Əmin Abidin 120 illiyi münasibətilə “Azərbaycan folklorunun ilk nəzəriyyəçilərindən biri – Əmin Abid” adlı Elmi Konfransda

18.12.2018-ci il tarixdə Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun təşkilatçılığı ilə Əmin Abidin 120 illiyi münasibətilə “Azərbaycan folklorunun ilk nəzəriyyəçilərindən biri – Əmin Abid” adlı Elmi Konfrans keçirilmişdir. Maraqlı məruzələrin dinlənildiyi konfransda Gəncə Dövlət Universitetinin Azərbaycan və dünya ədəbiyyatı kafedrasının dosenti, Afaq Yusifli, dosent əvəzi, filologiya üzrə fəlsəfə doktoru Səba Namazova, kafedranın baş müəllimləri Yeganə Hüseynova və Aytən Muşkiyeva, Filologiya […]

Davamı

Filologiya fakültəsinin tələbəsi Azərbaycan tələbələrinin II qurultayında iştirak edib.

21.12.2018-ci il tarixdə  Təhsil, Gənclər və İdman nazirliklərinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində Azərbaycan tələbələrinin II qurultayı keçirilib. Qurultayda Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, baş nazirin müavini Əli Əhmədov, təhsil naziri Ceyhun Bayramov, dövlət və hökumət nümayəndələri, millət vəkilləri, ali məktəb rektorları, təhsil ekspertləri, media qurumlarının rəhbərləri və tələbələr iştirak ediblər. Tədbirin […]

Davamı

FAKÜLTƏNİN MÜƏLLİM VƏ TƏLƏBƏLƏRİ GƏNCƏ UŞAQ EVİNİN SAKİNLƏRİNİ ZİYARƏT EDİBLƏR

21 dekabrda 2018-ci il tarixdə  Filologiya fakültəsinin tələbələri valideyn məhəbbətindən və nəvazişindən məhrum olan, bu səbəbdən hər zaman cəmiyyətin diqqət və qayğısına böyük ehtiyac duyan kimsəsiz uşaqların məskunlaşdığı Gəncə Uşaq Evinə baş çəkib. Görüş  Filologiya  fakültəsi tələbələrinin təşkilatçılığı  ilə baş tutub. Tələbələr qayğıya ehtiyacı olan uşaqlara müxtəlif geyimlər, yeni il münasibəti ilə hədiyyələr təqdim ediblər. Tələbələrimizin […]

Davamı

Mikayıl Müşfiqin 110 illik yubileyinə həsr olunmuş ədəbi-bədii tədbir

17 dekabr 2018-ci il tarixdə Filologiya fakültəsində Azərbaycan və dünya ədəbiyyatı  kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Səba Azad qızı Namazovanın rəhbərliyi və Filologiya (Azərbaycan dili və ədəbiyyatı) ixtisasının III kurs tələbələrinin iştirakı ilə istedadlı şair Mikayıl Müşfiqin 110 illik yubileyinə həsr olunmuş ədəbi-bədii tədbir keçirildi. Tədbirdə Filologiya fakültəsinin dekanı, professor Mübariz Yusifov, Azərbaycan və […]

Davamı

Azərbaycan dili kafedrasının dissertantı İlhamə Sadıqlının dissertasiya işinin müzakirəsi

14.12.2018-ci il tarixdə Azərbaycan dili kafedrasının dissdertantı Sadıqlı İlhamə Yavuz qızının (İxtisas: 5714.01 – “Müqayisəli-tarixi və müqayisəli-tipoloji dilçilik “ ) filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Azərbaycxan və ingilis dillərində inbsektonim komponentli frazeoloji vahidlərin leksik-semantik xüsusiyyətləri” mövzusunda təqdim etdiyi dissertasiyanın müzakirəsi olmuşdur.  Müzakirə yüksək səviyyədə keçirilmiş, doktorantın müzakirəyə təqdim  etdiyi  dissertasiya işinin tamamlandığı və Azərbaycan […]

Davamı

Azərbaycan və dünya ədəbiyyatı kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Səba Namazovanın açıq dərsi

Azərbaycan və dünya ədəbiyyatı kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Səba Azad qızı Namazovanın Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının IV kursunda “1960-1990-cı illərdə nəsr və dramaturgiya: Anar, Elçin, Yusif Səmədoğlu, Sabir Əhmədli, Sabir Azəri, Mövlud Süleymanlı” mövzusunda açıq dərsi olmuşdur. Açıq dərsdə Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri, dosent Maqbet Əhmədov, Fakültə […]

Davamı

Azərbaycan dili kafedrasının əyani doktorantı Sultanova Samirənin dissertasiya işinin müzakirəsi

11.12.2018-ci il tarixdə Azərbaycan dili kafedrasının əyani doktorantı Sultanova Samirə Xəqani qızının (İxtisas: 5714.01 – “Müqayisəli-tarixi və müqayisəli-tipoloji dilçilik”) filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün  « Şərq-Qərb leksik-terminoloji paralelliyinin Azərbaycan dilinin elmi üslubunun inkişafında rolu » mövzusunda təqdim etdiyi dissertasiyanın müzakirəsi olmuşdur. Müzakirə yüksək səviyyədə keçirilmiş, doktorantın müzakirəyə təqdim  etdiyi  dissertasiya işinin tamamlandığı […]

Davamı