Filologiya ixtisasının tələbələri Nizami məqbərəsi, Qala muzeyi, Heydər Əliyev mərkəzi və Şəhidlər xiyabanında

Filologiya ixtisası IV kurs tələbələri Nizami məqbərəsi, Qala muzeyi, Heydər Əliyev mərkəzində  olmuşlar. Təcrübə rəhbəri  Azərbaycan və dünya ədəbiyyatı  kafedrasının dosenti Qivami Qazıyev tələbələrə həmin yerlər haqqında məlumat vermiş, filoloqların suallarını cavablandırmışdır. Sonra tələbələr Şəhidlər xiyabanını ziyarət edərək şəhidlərimizin ruhu qarşısında baş əymiş, onların məzarına gül dəstələri qoymuşlar.

Davamı

Azərbaycan dili kafedrasının müəllimi Səbinə Səlmanovanın Müasir Azərbaycan dili-3(Leksika) fənnindən açıq dərsi

Azərbaycan dili kafedrasının  müəllimi Səbinə Səlmanova 11.04.2023-cü il tarixdə Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası II kurs tələbələrinə Müasir Azərbaycan dili-3(Leksika) fənnindən açıq dərs keçdi. Açıq dərsin mövzusu “Lüğətçilik.Lüğətlərin növləri ” idi. Açıq dərsdə Azərbaycan dili kafedrasının müdiri prof.Telman Quliyev, Filologiya fakültəsinin dekanı dos.Zakir Ələsgərov, f.f.d. Mehriban Məmmədova, f.f.d. Mətanət Mahmudova, müəllim Günay Hüseynova, Aynur […]

Davamı

Monitorinq qrupu Filologiya fakültəsində

10.04.2023-cü il tarixdə  dos. A.Quliyevin rəhbərlik etdiyi monitorinq qrupu Filologiya fakültəsinin Filologiya (Azərbaycan dili və ədəbiyyatı)  və Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasında I və III kurslarda   keçilən mühazirə və seminar məşğələlərində  iştirak etdi. Dərslərdən sonra fakültə dekanı dos.Zakir Ələsgərovun iştirakı ilə dinlənilmiş dərslərin müzakirəsi oldu. Müzakirədə monitorinq üzvləri və  mühazirə və seminarları dinlənilən  bütün […]

Davamı

Baş müəllim Vidadi Sarıyevin açıq dərsi

Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının 3¹ qrupunda baş müəllim Vidadi Sarıyevin Mülki Müdafiə və İlkin tibbi yardım fənnindən “Nüvə silahı , onun xarakteriskası və zədələyici amilləri” mövzusunda dərsi oldu. Açıq dərsdə GÇH və Mülki müdafiə kafedrasının müdiri dos.Niyazi Nəbiyev, Filologiya fakültəsinin dekanı dos. Zakir Ələsgərov və kafedranın digər əməkdaşları iştirak etdilər. Azərbaycan dili və […]

Davamı

31 mart – Azərbaycanlıların Soyqırımı Günüdür

Son iki yüz ildə Azərbaycan tarixinə bir çox şanlı səhifələrlə yanaşı, faciələr və soyqırımları, müsibətlərlə dolu səhifələr də yazılıb. Bu dəhşətli hadisələrdən biri 1918-ci ilin mart-aprel aylarında yaşanmışdı. . Mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Sovet hakimiyyəti dövründə təxminən 70 il xalqın qan […]

Davamı

Fakültəmizin tələbələri Azərbaycanın dahi şairi Nizami Gəncəvinin məqbərə kompleksi və Nizami Gəncəvi adına muzeydə

Filologiya fakültəsinin tələbələri Filologiya fakültəsi Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Azərbaycanın dahi şairi Nizami Gəncəvinin məqbərə kompleksini və Nizami Gəncəvi adına muzeyi ziyarət etdilər. Tələbələrə Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müəllimi Vüsal İskəndərov bələdçilik etdi və dahi şair haqqında maraqlı məlumatlar verdi.

Davamı

Filologiya fakültəsində Novruz bayramına həsr olunan tədbir keçirildi

Gəncə Dövlət Universitetinin Filologiya fakültəsində Novruz bayramına həsr olunan tədbir keçirilib. Universitetin prorektoru, dosent Gülsüm Fətəliyeva və Filologiya fakültəsinin dekanı Zakir Ələsgərov çıxış edərək bayramın tarixi, ənənələri haqqında danışdılar.. Qeyd etdilər ki, milli-mənəvi dəyərlərimizin və adətlərimizin qorunub saxlanmasında Novruz bayramının özünəməxsus yeri vardır. Tədbirin bədii hissəsində fakültənin tələbələri Nigar Məmmədova “Səməni” şeirini, Səkinə İbrahimova “Novruz […]

Davamı

Fakültəmizin əməkdaşları Fəxri Fərmanla təltif olundular

Azərbaycan dili kafedrasının baş müəllimi Saralova Fatma Məhəmməd qızı və Azərbaycan və dünya ədəbiyyatı kafedrasının böyük laborantı İbrahimova Xəyalə Qüdrət qızı təhsil sahəsindəki xidmətlərinə, işgüzarlıqlarına və üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirdiklərinə görə 8 Mart Qadınlar bayramı münasibətilə Fəxri Fərmanla təltif olundular

Davamı

26 fevral-Xalqımızın qan yaddaşı

Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, erməni qəsbkarlarının xalqımıza qarşı həyata keçirdikləri etnik təmizləmə siyasəti nəticəsində törədilən qanlı cinayətlər, qətliamlar arasında Xocalı soyqırımı xüsusi amansızlığına görə seçilir. Xocalı soyqırımı zamanı vaxtilə 7 min nəfərdən çox əhalinin yaşadığı şəhər bir gecədə yerlə-yeksan edildi, qadın, uşaq və qoca demədən günahsız insanlar məhz azərbaycanlı olduqlarına görə qətlə yetirildi.Otuz ildir […]

Davamı