16 aprel 2025-ci il tarixdə Azərbaycan dili kefedrasının müəllimi Ayşən Nəbiyevanın S/f Linqvistik tipologiya fənnindən “ Fonetik söz yaradıcılığı” mövzusunda açıq dərsi keçirildi. Açıq dərs Filologiya (Azərbaycan dili və ədəbiyyatı) ixtisası üzrə III kursunda təşkil olunmuşdur. Dərsdə struktur köklərin yaranması, köklərin əvvəlində səs dəyişməsi baş verməsi ilə söz yaranması, saitlə başlayan kök sözlərdə səs dəyişmələri ilə yeni sözlərin yaranması haqqında slaydlar üzrə məlumat verildi. Seminar məşğələsində tələbələr fəal iştirak etmiş, dərsdə müasir təlim üsullarından istifadə olunmuşdur. Açıq dərsdə Azərbaycan dili kafedrasının müdiri prof. Telman Quliyev, tədris məsələləri üzrə dekan əvəzi dos.(at-sız) Mehriban Məmmədova kafedranın müəllim və tədris-köməkçi heyəti iştirak etdilər.



