NİTQ İNKİŞAFI FƏNNİNDƏN PRAKTİK DƏRSLƏR KEÇİRİLDİ

13.03.2025-ci il tarixdə Azərbaycan dili kafedrasının baş müəllimi Hüseynova Günay Şəmistan qızının rəhbərliyi ilə Pedaqoji fakültənin İbtidai sinif müəllimliyi ixtisasının 2-ci kurs tələbələrinin Nitq inkişafı fənnindən Loqos Nitq inkişafı mərkəzində praktik dərsləri oldu.Tələbələr şagirdlərin nitqində anadangəlmə və sonradan qazanılmış qüsurların aradan qaldıraraq nitqi necə inkişaf etdirməyin yollarını əyani şəkildə mərkəzdə müşahidə etdilər.