Əməkdaşımız Respublika Elmi Konfransıda

Mingəçevir Dövlət Universitetində “Qloballaşma və regional inteqrasiya” mövzusunda Respublika elmi konfransı keçirilib. Konfransda Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, s.f.d. İlham İsmayılov, respublikanın bir sıra ali təhsil müəssisələrinin professor-müəllim heyyəti, doktorant, dissertant, elmi-tədqiqat müəssisələrinin elmi işçiləri iştirak ediblər.

 

Mingəçevir Dövlət Universitetinin Elmi işlər üzrə prorektoru, i.e.d., prof. Veysəl Əyyubov “Qloballaşma şəraitində Azərbaycan Avropa və regionun enerji təhlükəsiz-liyinin təminatçısı kimi”; Mingəçevir Dövlət Universitetinin Mühəndislik fakültəsinin dekanı tex.f.d., dos. Vüqar Mustafayev “Qloballaşma dövründə Azərbaycan sənayesinin inkişafı və regional inteqrasiya perspektivləri”; Mingəçevir Dövlət Universitetinin Humanitar fənlər kafedrasının müdiri s.f.d., dos. Esmira Cəfərova “Qloballaşma və humanitar inteqrasiya”; Mingəçevir Dövlət Universitetinin İnformasiya texnologiyaları və sistemləri kafedrasının baş müəllimi, tex.f.d. Möhübbət Əhmədov “İnnovativ informasiya-kommunikasiya texnologiyaları layihələri qloballaşma və regional inteqrasiya kontekstində” mövzularında çıxış etmişlər.

Bölmə iclasında universitetimizin əməkdaşı Azərbaycan dilinin tədrisi kafedrasının baş müəllimi,dissertant Aytən Əhmədova iştirak etmişdir .Aytən Əhmədova”Təhsildə İKT-dən istifadə və dünyaya inteqrasiya”mözusunda çıxış etmişdir.

Sonda rektor A.Hacıyev konfrans və məruzələr barədə fikirlərini bölüşdü. Məruzələrin yüksək səviyyədə hazırlandığını bildirdi. Konfransın işində iştirak edən ali təhsil müəssisələrinin professor-müəllim heyyəti, doktorant, dissertant, elmi-tədqiqat müəssisələrinin elmi işçilərinə təşəkkür etdi. A.Hacıyev bununlada, konfransın plenar iclasının başa çatdığını qeyd etdi və proqrama uyğun olaraq, konfrans işini iki gün ərzində bölmə iclaslarıında  davam edəcəyini vurğuladı.

Qeyd edək ki, konfrans Azərbaycan Respublikası Təhsil Nazirliyinin 26.02.2016-cı il tarixli 120 saylı əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən ali təhsil müəssisələrində 2016-cı ildə keçiriləcək beynəlxalq və respublika elmi konfrans və simpoziumların siyahısı” əsasında keçirilib.