Azərbaycan dili kafedrasında boş olan müəllim yerini tutmaq üçün müraciət edən stajçı müəllim Nurlu Qasımovanın açıq dərsi

15.02.2024-cü il tarixində  Azərbaycan dili kafedrasında  boş olan müəllim yerini tutmaq üçün müraciət edən stajçı müəllim Nurlu Qasımovanın “İsim əsas nitq hissəsi kimi” mövzusunda açıq dərsi dinlənildi.   Açıq dərsdə universitet  rektorluğunun nümayəndəsi KTŞ-in  müdiri t.ü.f.d. İsmayıl İsmayılov, Azərbaycan dili kafedrasının  müdiri prof. Telman Quliyev, dos. Zakir Ələsgərov, dos.Yadigar Əliyev, fakültə dekanı  vəzifəsini icra edən f.ü.f.d.Mehriban Məmmədova, dos Gülarə Məlikova, dos.Aidə Həsənova və kafedranın digər müəllimləri  iştirak edirdilər. Müəllim  morfologiyanın tədqiqat obyekti olan nitq hissələrinin tədqiqi tarixi,isim,onun məna növləri,halları, kateqoriyaları , ismin atributivləşməsi və s. barədə ətraflı məlumat verdi. Dərs, ümumilikdə, qənaətbəxş hesab edildi.