F.f.d.Mətanət Mahmudovanın Nitq mədəniyyəti fənnindən açıq dərsi

Azərbaycan dili kafedrasının baş müəllimi f.f.d.Mətanət Mahmudova

22.11.2023-cü il tarixdə Filologiya (Azərbaycan dili və ədəbiyyatı) ixtisası IV kurs tələbələrinə Nitq mədəniyyəti  fənnindən açıq dərs keçdi. Açıq dərsin mövzusu “Leksik , qrammatik norma  və  bu  normaların  pozulması  hallarının  aşkara  çıxarılması ” idi.

Mətanət Mahmudova leksik və qrammatik normalar haqqında məlumat verdikdən sonra bu normaların pozulmasına dair nümunələr üzərində iş apardı. Tələbələr hər bir nümunədə norma pozulmalarını göstərərək düzgün variantı səsləndirdilər. Müəllim dərs prosesində müxtəlif slaydlardan istifadə etdi ki,  bu da dərsin  səmərəli keçməsinə, mövzunun  daha yaxşı mənimsənilməsinə şərait yaratdı.

Açıq dərsdə Filologiya fakültəsinin dekanı dos. Zakir Ələsgərov, Azərbaycan dili kafedrasının müdiri prof.Telman Quliyev, dos.Gülarə Məlikova, f.f.d. Mehriban Məmmədova, f.f.d Samirə Quliyeva, baş müəllim Fatma Saralova, müəllim Ayşən Nəbiyeva, müəllim Təranə Əliyeva və Azərbaycan dili kafedrasının digər əməkdaşları iştirak edirdilər.