Filologiya fakültəsində buraxılış (diplom) işlərinin müdafiəsi

Bu gün 2022/2023-cü  tədris ilinin buraxılış  kurs tələbələrinin Azərbaycan dili üzrə diplom işlərinin müdafiəsi oldu. Müdafiə komissiyasının sədri ADAU-nun dosenti Sahib İbrahimli, üzvləri isə Filologiya fakültəsinin dekanı dos. Zakir Ələsgərov, Azərbaycan dili kafedrasının müdiri prof. Telman Quliyev, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri dosent Səba Namazova idi. Müdafiədən əvvəl  dos. Zakir Ələsgərov çıxış edərək tələbələrə  dövlət komissiyasının üzvlərini təqdim etdi və  onlara müdafiəni uğurla başa vurmağı arzuladı. Müdafiədə iştirak edən tələbələr diplom işlərinin aktuallığı, obyekti, məqsəd və vəzifələri, elmi yeniliyi, həmçinin fəsillər və yarımfəsillər, nəticə, istifadə olunmuş ədəbiyyat haqqında  məlumat verdilər, komissiya üzvlərinin suallarını cavablandırdılar. Sonda sədr və komissiya üzvləri tələbələrə  gələcək işlərində və həyatda uğurlar arzuladılar.

           Buraxılış (diplom) işlərinin müdafiəsi davam edir