Azərbaycan dili kafedrasının müəllimi Nurlu Qasımovanın Ümumi dilçilik fənnindən açıq dərsi

Azərbaycan dili kafedrasının  müəllimi Nurlu Qasımova  19.04.2023-cü il tarixdə Filologiya  ixtisası  III2  kurs tələbələrinə Ümumi dilçilik fənnindən açıq dərs keçdi. Açıq dərsin mövzusu “Yeni dövrdə dilçilik. Elmi dilçiliyin təşəkkülü və klassik dilçilik məktəbləri ” idi. Açıq dərsdə XVII-XVIII ərsdə dilçilik, müqayisəli tarixi dilçiliyin əmələ gəlməsi, fəlsəfi dilçilik məktəbi, naturalizm dilçilik məktəbi və s. kimi məsələlər müzakirə və sual-cavab edildi. Eyni zamanda Gənc qrammatiklər, Moskva, Kazan dilçilik məktəbləri və onların nümayəndələrinin dilçilik görüşləri haqqında tələbələrin fikirləri dinlənildi, sual-cavab aparıldı.       Müəllimin  mövzulara uyğun  hazırladığı slaydlar dərsin mənimsənilməsinə müsbət təsir göstərdi.