Fakültəmizin tələbələri Azərbaycanın dahi şairi Nizami Gəncəvinin məqbərə kompleksi və Nizami Gəncəvi adına muzeydə

Filologiya fakültəsinin tələbələri Filologiya fakültəsi Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Azərbaycanın dahi şairi Nizami Gəncəvinin məqbərə kompleksini və Nizami Gəncəvi adına muzeyi ziyarət etdilər. Tələbələrə Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müəllimi Vüsal İskəndərov bələdçilik etdi və dahi şair haqqında maraqlı məlumatlar verdi.