Fakültəmizin əməkdaşları Fəxri Fərmanla təltif olundular

Azərbaycan dili kafedrasının baş müəllimi Saralova Fatma Məhəmməd qızı və Azərbaycan və dünya ədəbiyyatı kafedrasının böyük laborantı İbrahimova Xəyalə Qüdrət qızı təhsil sahəsindəki xidmətlərinə, işgüzarlıqlarına və üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirdiklərinə görə 8 Mart Qadınlar bayramı münasibətilə Fəxri Fərmanla təltif olundular