Məzunların 50 illik yubileyi münasibətilə görüş

Gəncə Dövlət Univerisitetinin V tədris korpusunda Azərbaycan dili və ədəbiyyatı fakültəsinin 1972-ci ilin məzunlarının 50 illik yubileyi münasibətilə onlarla görüş  keçirildi.  Tədbirdə həmin məzunlara dərs demiş müəllimlərdən dos. Sürəyya Cəfərova,  dos. Gülçöhrə Mehrəliyeva, dos. Allahverdi Həmidov və dos. Adilov Rasim və tələbələr  iştirak edirdi. Tədbiri giriş sözü ilə açan və həmin məzunlardan biri olan Filologiya fakültəsinin dekanı dos. Zakir Ələsgərov  tələbəlik illərinin gözəl xatirələrindən, müəllimlərdən   danışdı.  Humanitar məsələlər üzrə prorektor dos. Gülsüm Fətəliyeva  universitetimizin tarixi, uğurları, tələbələr və müəllimlər üçün yaradılan şərait haqqında məlumat verdi. Sonra məzunlar çıxış edərək həmin illəri bir daha göz önündə canlandırdılar, şeirlər söylədilər,  tələbələrə tövsiyələr verdilər.