Qələbə!!! Ermənistan Qarabağda təslim oldu!!!

Bu möhtəşəm gün Azərbaycan xalqının tarixində silinməz iz qoydu.  Azərbaycan savaş meydanında və masada əhəmiyyətli bir uğur əldə etdi.

Azərbaycan Respublikasının  Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin torpaqlarımızın işğaldan tam azad olunması və qazanılan qələbə ilə bağlı xalqa müraciəti hər birimizin böyük sevincinə səbəb oldu. Gecə saatlarından başlayaraq vətəndaşlarımız küçələrə axışaraq bu möhtəşəm qələbəni coşqu və fərəh hissi ilə qeyd edir. Paytaxtımızın minlərlə sakini ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarını fəda etmiş, erməni işğalçıları ilə döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsini yad etmək üçün Şəhidlər xiyabanına axışır. Səhər saatlarında izdihama bölgələrdən gələn insanlar da qoşulub.

Xalqımıza  bu sevinci yaşadan  Milli Ordumuza və Ali Baş Komandan İlham Əliyevə  eşq olsun!!! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!!!