Bayraq Gününüz mübarək!

Azərbaycan Respublikasının dövlət atributlarından, dövlətçilik rəmzlərindən biri onun Milli Bayrağı – Dövlət bayrağıdır. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir. Azərbaycan Prezidenti İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir. 

Bu il xalqımız üçün Bayraq Günü xüsusi bir əhval-ruhiyyə ilə keçirildi. Bü gün artiq bayrağımız Şuşada və işğaldan azad olunmuş ərazilərdə dalğalanır.  Arzu edirik ki, tezliklə bütün torpaqlarımız işğaldan azad olunsun və bayrağımız Qarabağda dalğalansın!