TƏLƏBƏ ADINIZ MÜBARƏK

Gəncə Dövlət Universitetinin  Filologiya fakültəsində I kurs tələbələri ilə görüş keçirildi. Tədbirdə Filologiya fakültəsinin dekanı dos. Zakir Ələsgərov,  Azərbaycan dili kafedrasının müdiri prof.T.Quliyev, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri dos. M.Əhmədov, dekan müavinləri və tütorlar iştirak edirdi. Zakir Ələsgərov tələbələri  bu  adı qazanmaları münasibətilə təbrik edərək uğurlar arzuladı. Tələbələrə onların hüquq və vəzifələri, dərs prosesi, imtahan qaydaları, online dərslər, qiymətləndirmə meyarları və s. haqqında məlumat verildi, onları maraqlandıran suallar cavablandırıldı.