Azərbaycan dili kafedrasının baş müəllimi Naibə Məmmədzadənin açıq dərsi keçirilib

21 noyabr 2016 cı il tarixində Azərbaycan dili kafedrasının baş müəllimi Naibə Məmmədzadənin  Filologiya fakültəsinin Filologiya ixtisasının 1-ci kursunda Dilçiliyə giriş fənnindən “Söz birləşmələri” mövzusunda açıq dərsi keçirilmişdir. Açıq dərsdə söz birləşmələri, söz birləşmələrinin söz və cümlə ilə oxşar və fərqli cəhətləri, söz birləşmələrinin növləri və.s haqqında danışılıb.

Açıq dərsdə filologiya fakültəsinin dekanı professor Mübariz Yusifov, Azərbaycan dili kafedrasının müdiri professor Telman Quliyev, fakültə tədris  metodik  şurasının  sədri   baş müəllim Nadir Kubişev,  həmçinin Azərbaycan dili  kafedrasının digər əməkdaşları iştirak etdilər.