Filologiya fakültəsinin tələbələrinin uğuru

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı və “YARAT” Müasir İncəsənət Məkanının dəstəyi ilə Nəsiminin 650 illik yubileyinə həsr olunmuş gənc mədəniyyət işçiləri arasında keçirilən intellektual turnirin final mərhələsi keçirilib. Tələbələrimizdən Azərbaycan dili və ədəbiyyatı ixtisasının tələbələri- Lamiyə Verdiyeva, Nərmiyyə Əlnağıyeva, Sona Məmmədova,  Naridə Sanıyeva, Zeynəb Qurbanlı II yer tutmuşlar.