14.11.2019 tarixdə fakültədə monitorinq keçirilmişdir

14 noyabr 2019- cu il tarixdə I növbədə Filologiya fakültəsində tələbə və müəllimləein dərsə davamiyyətinə, tədrisin yüksək keyfiyyətinə, tədrisə dair sənədləşmənin aparılmasına nəzarət üzrə monitorinq keçirilmişdir. Monitorinq qrupunun üzvləri dərs cədvəlinə uyğun I-III kursların dərslərində iştirak etmişlər. Monitorinqin Nəticəsi fakültə dekanı dos. Zakir Ələsgərovun, Azərbaycan dili kafedrasının müdiri prof. Telman Quliyevin,Ş monitorinq qrupunun sədri dos. Allahverdi Quliyevin və qrup üzvlərinin iştirakı ilə müzakirə olunmuşdur. Müzakirədə qrupun sədri dos. Allahverdi Quliyev, qrupun üzvlərindən dos. Kəmalə Əhmədova, dos. Üzeyir Əfəndiyev, dos. (attestatsız) Məhərrəm Orucov, baş müəllim Vüsalə Kərimova dərslərdə fənn müəllimlərinin həm nəzəri, həm də metodiki cəhətdən hazırlıqlarının yüksək səviyyədə olduğunu, mühazirələrin sərbəst şəkildə, yeri gəldikcə tələbələtlə dialoq şəklində qurulduğunu , praktik məşğələdə tələbələrin fəallığını, tələbələrin dərsə davamiyyətinin çox yaşı olduğunu qeyd etdilər. Eyni zamanda qeyd olundu ki, fənnmüəllimlərinə aid sənədlər ( jurnal, fənn proqramı, sillabus . mühazirə mətnləri, əyani vasitə) qaydasındadır. Sonda Fakültə dekanı dos. Zakir Ələsgərov monitorinq qrupunun üzvlərinə minnətdarlığını bildirmiş, monitorinqin keçirilməsinin əhəmiyyətini qeyd etmiş, bunun tələbə və müəllimlərdə məsuliyyət hissinin artırılmasına təkan verdiyini vurğulamışdır.