İsmayl Şıxlının 100 illik yubileyi qeyd edilib

17 may 2019-cu il tarixdə Filologiya fakültəsi və Nuru Paşa adına kitabxananın birgə təşkilatçılığı ilə İsmayl Şıxlının 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilmişdir.  Tədbirdə Azərbaycan və dünya ədəbiyyyatı kafedrasının dosenti Səba Namazova “İsmayl Şıxlının həyat və yaradıcılığı”, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının  III kurs tələbələri Leyla Məmmədova “Dəli Kür romanının təhlili”,Zərifə Verdiyeva “Ayrılan yollar romanın təhlili”, Aysu Hüseynova “Ölən dünyam romanının təhlili” mövzusunda çıxış ediblər.

İsmayl Şıxlının həyat və yaradıcılığı mövzusunda çıxış edən dos. Səba Namazova böyük ədib haqqında tədbir iştirakçılarına maraqlı məlumatlar vermişdir. Kitabxananın əməkdaşları Sevinc Paşayeva və Bahar Kərimzadə İsmayl Şıxlı haqqında öz fikirlərini tədbir iştirakçıları ilə bölüşdülər. Sonda kitabxananın müdiri Ayşən Əhmədova İsmayl Şıxlının kitabxanaya daxil olan yeni nəşrləri barədə iştirakçılara məlumat verdi.