01.05.2019-cu il tarixdə Azərbaycan dili kafedrasının baş müəllimi Mətanət Mahmudovanın Bədii mətnin linqivistik təhlili fənnindən ” Linqivistik təhlilin mərhələləri” mövzusunda açıq dərsi keçirilmişdir. Açıq dərsdə fakültə dekanı dos. Zakir Ələsgərov, dekan müavini f.ü.f.d. Mehriban Məmmədova, humanitar məsələlər üzrə dekan müavini Nadir Kubışev, Azərbaycam dili kafedrasını müdiri Telman Quliyev və kafedranın digər əməkdaşları iştirak ediblər.
Dərsdə fəal (interaktiv) təlimin bir çox metod və üsullarından istifadə olunmuşdur. Yeri gəldikcə mövzunun daha aydın və əhatəli izahı üçün İKT və TTV müraciət edilmişdir. Müəllimin tədris etdiyi mövzu ilə bağlı hazırladığı slaydlar da öz yığcamlığı və dolğunluğu ilə diqqəti cəlb etmişdir. Slaydlarda dərsin mövzusu, məqsədi, istifadə olunan resurslar, ədəbiyyat və plan göstərilmişdir.