Fakkültədə Nəsiminin 650 illik yubileyinə həsr edilmiş tədbir keçirilmişdir

  • ????????????????????????????????????
02.05.2019-cu il tarixdə Filologiya fakültəsində Nəsiminin anadan olmasının 650 illiyinə  həsr edilmiş “İki cahana sığmayan fəlsəfə” adlı qiraət axşamı keçirilmişdir.

Tədbiri giriş sözü ilə fakültə dekanı dos. Zakir Ələsgərov açaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası prezidenti İlham Əliyevin 11 yanvar 2019-cu il Sərəncamı ilə 2019-cu il Nəsimi ili elan olunmuşdur. Bununla əlaqədar ölkəmizdə və o cümlədən universitetdə Nəsimi ilə bağlı tədbirlər planı işlənib hazırlanmışdır. Sevindirici haldır ki, universitet daxilində ilk tədbiri Filologiya fakültəsi  hazırlamışdır.  Humanitar məsələlər üzrə prorektor dos. Gülsüm Fətəliyeva belə bir tədbiri təşkil etdiyi üçün fakültə dekanlığına  öz təşəkkürünü bildirmişdir.  Azərbaycan və dünya ədəbiyyatı kafedrasının baş müəllimi Aygün Əhmədova “Nəsimi qəzəllərinin potik xüsusiyyətləri” mövzusunda çıxış etmiş, kafedranın dosenti Qivami Qazıyev isə Nəsimiyə həsr etdiyi “Nəsimi” rədifli qoşmasını iştirakçılara təqdim etmişdir. Sonra Filologiya fakültəsinin tələbələrinin ifasında Nəsiminin qəzəlləri səslənmişdir. Tədbir iştirakçıları  Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş slaydı izlədilər. Tədbir üçün hazırlanmış slaydlar, tələbələrin çıxışları və “Nəsimi” filmindən göstərilən fraqmentlər öz rəngarəngliyi ilə seçilmiş və diqqəti cəlb etmişdir. Tədbirdə, həmçinin, Xarici dillər fakültəsinin Alman dili, İngilis dili, Rus dili və Fransız dili müəllimliyi ixtisasının tələbələri də iştirak etdilər. Onlar rus, fransız, ingilis və alman dillərində Nəsiminin qəzəllərini söylədilər.

Sonda fakültə dekanı dos. Zakir Ələsgərov  tələbələrə yaxından kömək göstərdiklərinə və dəstək olduqlarına görə Azərbaycan dili kafedrasının dosenti Gülarə Məlikovaya, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının baş müəllimi Aygün Əhmədovaya minnətdarlığını bildirdi. Yekun çıxışında humanitar məsələlər üzrə prorektor dos. Gülsüm Fətəliyeva Filologiya fakültəsində bu cür tədbirlərin davamlı olacağına əminliyini qeyd etdi.