Gülarə Məlikovanın açıq dərsi

18 aprel 2019-cu il tarixdə Azərbaycan dili kafedrasının dosenti Gülarə Məlikovanın Əski Azərbaycan yazısı fənnindən “Kaf və Gaf hərfləri. Yazılış şəkilləri” mövzusunda açıq dərsi keçirilimişdir. Dərsdə fakültə dekanı, dosent Zakir Ələsgərov, Azərbaycan dili kafedrasının müdiri Telman Quliyev, humanitar məsələlər üzrə dekan müavini Nadir Kubışev və kafedranın digər əməkdaşları iştirak etmişlər.

Dərsdə fəal (interaktiv) təlimin bir çox metod və üsullarından istifadə olunmuşdur. Yeri gəldikcə mövzunun daha aydın və əhatəli izahı üçün İKT və TTV müraciət edilmişdir. Mühazirə zamanı “ Kaf və Gaf hərfləri.Yazılış şəkilləri”  mövzusunda hazırlanmış əyani vəsaitdən də istifadə edilmişdir. Müəllimin tədris etdiyi mövzu ilə bağlı hazırladığı slaydlar da öz yığcamlığı və dolğunluğu ilə diqqəti cəlb etmişdir. Slaydlarda dərsin  mövzusu, məqsədi, istifadə olunan resurslar, ədəbiyyat və plan göstərilmişdir.