Gülrux Hüseynovanın 70 illik yubileyi qeyd edilib

7 iyun 2018 – ci il tarixdə uzun illər pedaqoji və elmi sahədə səmərəli fəaliyyəti, işgüzarlığı, ictimai fəallığı ilə seçilmiş, tələbə və müəllim kollektivi arasında özünün səmimiyyəti, təvazökarlığı, dərin biliyi və peşəkarlığı ilə xüsusi rəğbət qazanmış Azərbaycan dili kafedrasının dosenti Hüseynova Gülrux Nəsib qızının 70 yaşı tamam olmuşdur. Yubiley münasibətilə fakültədə tədbir keçirilmişdir. Tədbirdə fakültə dekanı prof. Mübariz Yusifov, kafedra müdiri prof. Telman Quliyev və kafedranın digər əməkdaşları yubilyarı təbrik edib, ona uzun ömür, can sağlığı, elmi – pedaqoji fəaliyyətində uğurlar arzulamışlar.