[metaslider id=1832]06.04.2018-ci ildə Azərbaycan Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Cümhuriyyət ideologiyası kontekstində filologiya elmi” mövzusunda Respublika elmi konfransı keçirilmişdir. Konfransı giriş sözü ilə Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva açmış, prof. B.Əhmədov, prof.F.Veysəlli, prof.V.Sultanlı plenar məruzələrlə çıxış etmişlər.
Gəncə Dövlət Universitetinin Azərbaycan və dünya ədəbiyyatı kafedrasının əməkdaşları dos. Afaq Yusifli və baş müəllim Yeganə Hüseynova bölmə iclaslarında məruzə ilə çıxış etmiş və müzakirələrdə fəal iştirak etmişlər.