GƏNCƏ DÖVLƏT UNİVERSİTETİ filologiya fakültəsinin kollektivi REKTOR, PROFESSOR YUSİF YUSİBOVU TƏBRİK EDİR

Hörmətli Yusif müəllim!

Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2017-ci il tarixli Sərəncamı əsasında Prezidentin Fəxri diplomu ilə təltif olunduğunuza görə filologiya fakültəsinin bütün kollektivi Sizi ürəkdən təbrik edir, bundan sonrakı fəaliyyətinizdə Sizə böyük uğurlar və yeni nailiyyətlər arzulayır. Cənab Prezidentin bu yüksək ehtimatı universitetdə tədrisin, təhsilin, təlim və tərbiyənin Azərbaycançılıq məfkurəsinə uyğun olaraq yüksək səviyyədə qurulmasına verilən qiymətdir. Bu həm də universitet kollektivinin son illər əldə etdiyi yüksək nailiyyətin bariz nümunəsidir. Universitetin bütün kollektivi bu etimadı  bundan sonra da Sizin rəhbərliyinizlə Dövlətçiliyimizə sədaqət nümunəsi təməlində davam etdirəcəkdir.

Hörmətlə, filologiya fakültəsinin kollektivi adından

dekan, professor  Mübariz Yusifov