MOLLA PƏNAH VAQİF: SƏLƏFLƏR VƏ XƏLƏFLƏR-ERKƏN YENİ DÖVR ƏLYAZMALARI VƏ AZƏRBAYCAN MƏDƏNİYYƏTİNİN TARİXİ PROBLEMLƏRİ

ƏLYAZMALAR İNSTİTUTUNDA M.P.VAQİFİN ANADAN OLMASININ 300 İLLİYİNƏ HƏSR EDİLMİŞ ELMİ-NƏZƏRİ KONFRANS KEÇİRİLİB.

Konfransı giriş sözü ilə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər direktor müavini, fil.ü.e.d. Aybəniz Əliyeva-Kəngərli  M.P.Vaqifin milli poeziyamızın və milli dilimizin inkişafındakı əvəzsiz xidmətlərindən danışıb. O, realist poeziyanın  və ümumiyyətlə,  Azərbaycan ədəbiyyatının yeni mərhələsinin Vaqiflə başlandığını bildirib.
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər direktor müavini, fil.ü.e.d. Paşa Kərimov M.P.Vaqifin 300 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamından danışaraq bu ələmətdar hadisənin ölkənin əksər təhsil və elmi müəssisələrində qeyd olunduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb: “Vaqif poeziyamızı ümumxalq danışıq dilinə qovuşduran, onu xalq yaradıcılığı nümunələri ilə zənginləşdirən sənətkardır. Mürəkkəb, ziddiyyətli və keşməkeşli dövrdə yaşamasına baxmayaraq, xalqın şairi olmaq şərəfini ömrünün sonunadək ləyaqətlə qoruyub saxlamışdır”.
Plenar iclasda M.Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d. Paşa Kərimov “XVII-XIX əsrlər Azərbaycan poeziyasında qocalıq mövzusu”, institutun şöbə müdiri, fil.ü.e.d., professor Azadə Musabəyli “Vaqifin iki türkiyəli sələfinin Baki əlyazmaları”, Gəncə Dövlət Universitetinin dosenti, fil.ü.f.d. Afaq Yusifli “Könüldən könülə yollar görünür”, Folklor İnstitutunun böyük elmi işçisi Sahilə Sədnik qızı “Molla Pənah Vaqif yaradıcılığına aşıq ədəbiyyatının təsiri” Gəncə Dövlət Universiteti Filologiya fakültəsinin Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, Dos. Afaq Yusifli – Könüldən könülə yollar görünür, kafedranın baş müəllimi Aygün Əhmədova- incə hisslər, dərin və nikbin duyğular şairi, fakültənin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının IV kurs tələbəsi İlkin Abbasov – Molla Pənah Vaqifin dili mövzularında çıxış etdilər.

Konfransın sonunda qonaqlar Əlyazmalar İnstitutunun sərgi salonunda təşkil olunmuş “Vaqif -100” mövzusunda sərgiyə baxış keçiriblər.