Aygün əhmədovanın açıq dərsi

  • ?
18 oktyabr 2017-ci il tarixində Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı  ixtisasının 3-ci kursunda divan ədəbiyyatı  “Füzuli şeirinin vəzni” mövzusunda Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müəllimi Aygün Əhmədovanın açıq dərsi keçirilmişdir. Açıq dərsdə  fakültə tədris metodik şurasının sədri baş müəllim Nadir Kıbuşev, fakültənin açıq dərslərini dinləmək üçün təhkim olunmuş dosent Üzeyir Əfəndiyev, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri dosent Afaq Yusifli və kafedranın digər əməkdaşları iştirak etmişlər.