Fakültə dekanı professor Mübariz Yusifovun mühazirəsi

  • ?
20 sentyabr 2017- ci il tarixində Məhsəti Gəncəvi muzeyində Gəncə şəhərindəki rəssamlar və heykəltaraşların Mirzə Şəfi Vazeh yaradıcılığıhaqqında dəqiq, aydın obrazının yaradılması məqsədi ilə Filologiya fakültəsinin dekanı filologiya elmləri doktoru, professor Mübariz Yusifovun mühazirəsi keçirilmişdir. Mühazirədə Mirzə Şəfi Vazeh yaradıcılığı haqqında ətraflı izahat verilmiş və onun orijinal (Azərbaycan və fars dillərində olan) əsərləri haqqında geniş təhlil aparılmış eyni zamanda dinləyicilər Mirzə Şəfi Vazehin şeirlərinin tərcümə variantı ilə də tanış olublar.