Kateqoriya Arxivləri: Xəbərlər

26 fevral-Xalqımızın qan yaddaşı

Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, erməni qəsbkarlarının xalqımıza qarşı həyata keçirdikləri etnik təmizləmə siyasəti nəticəsində törədilən qanlı cinayətlər, qətliamlar arasında Xocalı soyqırımı xüsusi amansızlığına görə seçilir. Xocalı soyqırımı zamanı vaxtilə 7 min nəfərdən çox əhalinin yaşadığı şəhər bir gecədə yerlə-yeksan edildi, qadın, uşaq və qoca demədən günahsız insanlar məhz azərbaycanlı olduqlarına görə qətlə yetirildi.Otuz ildir […]

Davamı

Başın sağ olsun, Türkiyəm

Fakültəmizin müəllim-işçi heyəti şəhər ictimaiyyəti ilə birgə Türkiyənin Gəncədəki Baş konsulluğunun qarşısında zəlzələ qurbanlarının xatirəsinə yaradılan guşəyə gül dəstələri düzüblər. Fakültəmizin əməkdaşları baş konsul Recep Öztopa dərin hüznlə başsağlığı verib, qardaş ölkənin cənub-şərqində baş vermiş güclü zəlzələ nəticəsində həlak olanlara Allahdan rəhmət, xəsarət alanlara şəfa diləyiblər.

Davamı

20 Yanvar – tariximizin faciə və qəhrəmanlıq səhifəsi

20 Yanvar hadisələri Azərbaycan xalqına qarşı törədilmiş cinayətdir. Eyni zamanda, 20 Yanvar faciəsi milli məfkurənin inkişafına təkan vermiş hadisədir. Bu, Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir […]

Davamı

Filologiya fakültəsində Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə tədbir keçirilib

Gəncə Dövlət Universitetinin Filologiya fakültəsində müasir Azərbaycan dövlətinin qurucusu, Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə tədbir keçirilib. Tədbirdən öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbiri universitetin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva giriş sözü ilə açaraq Ümummilli Lider Heydər Əliyevin həyatı, zəngin və çoxşaxəli siyasi fəaliyyəti haqqında ətraflı məlumat verib, Ulu […]

Davamı

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edirik

Bu gün- 31 dekabr Azərbaycan xalqının tarixində ən yadda qalan, ən şərəfli günlərdən biri – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əsası 1989-cu il dekabrın sonlarında Naxçıvanda sərhədlərin (SSRİ-İran sərhədləri) açılması zamanı qoyulub. 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın […]

Davamı

Fakültəmizin tələbələri Hüseyn Cavidə həsr olunmuş tədbirdə iştirak etdilər.

Fakültəmizin 3-cü kurs tələbələri Seyhun Rzayev və Leyla Camalzadə Hüseyn Cavidə həsr olunmuş tədbirdə iştirak etdilər. Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı , Gəncə Şəhər Tarix və Diyarşünaslıq muzeyinin ev sahibliyi ilə keçirilən tədbirə tələbələrimiz dəvət almış və yüksək səviyyədə çıxış etmişlər. Seyhun Rzayev Hüseyn Cavidin həyat və yaradıcılığı haqqında ümumi məsələlərdən danışmış, Leyla Camalzadə isə […]

Davamı

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edirik!

Bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, 44 günlük Qarabağ Vətən müharibəsindəki  qələbəmizin memarı İlham Əliyevin doğum günüdür. Bu əlamətdar gündə qeyd etmək lazimdir  ki, Ali Baş Komandanımız İlham Əliyev dövlət müstəqilliyinin bərpasından ötən  illər ərzində təməli Ulu Öndər, görkəmli siyasi xadim Heydər Əliyev tərəfindən qoyulan quruculuq yolunu uğurla davam etdirmişdir. […]

Davamı