Kateqoriya Arxivləri: Xəbərlər

Mətanət Mahmudovanın açıq dərsi

16 noyabr 2017-ci il tarixində Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının 4-cü kursunda Azərbaycan dili üslubiyyatının tədrisi fənnindən “ üslubi fiqurlar və onların növləri” mövzusunda Azərbaycan dili kafedrasının baş müəllimi Mətanət Mahmudovanın açıq dərsi keçirilmişdir. Açıq dərsdə fakültə dekanı, professor Mübariz Yusifov,   fakültə tədris metodik şurasının sədri, baş müəllim Nadir Kıbuşev, Azərbaycan dili kafedrasının müdiri, professor Telman Quliyev, […]

Davamı

ŞAGİRDLƏRİN TARİXİ VƏ ƏDƏBİ BİLİKLƏRİNİ AZƏRBAYCAN DİLİ FƏNNİNƏ İNTERASİYA EDƏN AÇIQ DƏRS KEÇİRİLİB

Gəncə Dövlət Universitetinin baza tədris müəssisəsi olan Mehdi Mehdizadə adına 4 nömrəli tam orta məktəbdə 9 Noyabr – Dövlət Bayrağı gününə həsr olunmuş “Bilirdim ki, gələcəksən” mövzusunda açıq dərs təşkil olunub. Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti xəbər verir ki, Azərbaycan dili kafedrasının Baş müəllimi Aytən Əhmədova tərəfindən təqdim olunan dərs məktəbin 5-ci sinif şagirdləri […]

Davamı

“Şeyx Nizami” kitabının təqdimat mərasimi

Noyabrın 10-da Azərbaycan Yazıçılar Birliyində görkəmli ədəbi-tarixi şəxsiyyətlərdən olan Mirzə Məhəmməd Axundovun “Şeyx Nizami” kitabının təqdimat mərasimi keçirilmişdir. Azərbaycan nizamişünaslığının ilk nümunələrindən olan kitab hələ 1909-cu ildə əski əlifba ilə Gəncədə Hacı Əhməd Həsənzadə mətbəəsində nəşr olunmuşdur. Oxuculara təqdim olunan kitab Mirzə Məhəmməd Axundovun “Şeyx Nizami” əsərinin 2016-cı ildə latın əlifbası ilə yenidən işlənmiş nəşrinin […]

Davamı

Gülarə Məlikovanın açıq dərsi

13 noyabr 2017-ci il tarixində Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı  ixtisasının 1-ci kursunda dilçiliyə giriş fənnindən “ cümlə və onun xüsusiyyətləri” mövzusunda Azərbaycan dili kafedrasının dosenti Gülarə Məlikovanın açıq dərsi keçirilmişdir. Açıq dərsdə fakültə dekanı, professor Mübariz Yusifov,   fakültə tədris metodik şurasının sədri, baş müəllim Nadir Kıbuşev, Azərbaycan dili kafedrasının müdiri, professor Telman Quliyev, fakültənin açıq dərslərini […]

Davamı

Günay Hüseynovanın açıq dərsi

Gəncə Dövlət Universitetinin baza təhsil müəssisəsi olan Mir Cəlal Paşayev adına 39 saylı tam orta məktəbdə Azərbaycan dili kafedrasının müəllimi Hüseynova Günay Şəmistan qızının  məktəbin 71  sinfində Azərbaycan dili fənnindən “Həsrət” və “Feilin qrammatik məna növləri” mövzusunda şagirdlərə  nümunəvi dərsi olub. Məktəbin 7-ci sinif şagirdləri üçün nəzərdə tutulan dərsdə universitetin Təcrübə və karyera şöbəsinin müdir […]

Davamı

Hüseyin Cavidin sənət fəlsəfəsi

    24-25 oktyabr 2017-ci il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində böyük dramaturq, görkəmli şair Hüseyn Cavidin anadan olmasının 135 illik yubileyinə həsr olunmuş “Hüseyn Cavidin sənət fəlsəfəsi” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib. Konfransı giriş sözü ilə açan Universitetin rektoru, Əməkdar incəsənət xadimi, professor Fərəh Əliyeva iştirakçıları salamlayaraq Hüseyn Cavidin Azərbaycan mədəniyyətinin, tarixinin və […]

Davamı

MOLLA PƏNAH VAQİF: SƏLƏFLƏR VƏ XƏLƏFLƏR-ERKƏN YENİ DÖVR ƏLYAZMALARI VƏ AZƏRBAYCAN MƏDƏNİYYƏTİNİN TARİXİ PROBLEMLƏRİ

ƏLYAZMALAR İNSTİTUTUNDA M.P.VAQİFİN ANADAN OLMASININ 300 İLLİYİNƏ HƏSR EDİLMİŞ ELMİ-NƏZƏRİ KONFRANS KEÇİRİLİB. Konfransı giriş sözü ilə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər direktor müavini, fil.ü.e.d. Aybəniz Əliyeva-Kəngərli  M.P.Vaqifin milli poeziyamızın və milli dilimizin inkişafındakı əvəzsiz xidmətlərindən danışıb. O, realist poeziyanın  və ümumiyyətlə,  Azərbaycan ədəbiyyatının yeni mərhələsinin Vaqiflə başlandığını bildirib. AMEA-nın Məhəmməd Füzuli adına […]

Davamı

Hüseyn Cavid və müasir gənclik

Oktyabrın 23-də Azərbaycan MEA Hüseyn Cavidin Ev Muzeyi ilə Azərbaycan MEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun birgə təşkilatçılığı ilə mütəfəkkir şair və böyük dramaturq Hüseyn Cavidin anadan olmasının 135-ci ildönümünə həsr olunan “Hüseyn Cavid və müasir gənclik” mövzusunda beynəlxalq elmi konfrans keçirilmişdir. Konfransların keçirilməsində məqsəd Hüseyn Cavidin zəngin ümumbəşəri irsinin tədqiqi və təbliği sahəsində ayrı-ayrı […]

Davamı

Azərbaycan dili kafedrasının əməkdaşları Dövlət İmtahan Mərkəzinin elmi-metodiki seminarında iştirak ediblər

Dövlət İmtahan Mərkəzinin yeni qəbul qaydaları ilə bağlı Şəmkir şəhərində keçirdiyi elmi-metodiki seminarda Azərbaycan dili kafedrasının əməkdaşları da iştirak etmişlər. 21 oktyabr 2017-ci il tarixdə, saat 10:00-da Dövlət İmtahan Mərkəzi (DİM) Şəmkir şəhəri Heydər Əliyev Mərkəzində ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının yeni qəbul qaydaları ilə bağlı […]

Davamı